Aşıq Azər Xanlaroğlu vəfat edib.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Yayılan məlumata görə, A. Xanlaroğlu uzun sürən ağır xəstəlikdən dünyasını dəyişib. Aşıq Azər bu gün səhər saatlarında müalicə olunduğu Mərkəzi Neftçilər Xəstəxanasında keçinib. 

Qeyd edək ki, A. Xanlaroğlu hepatit xəstəliyindən əziyyət çəkirdi.