Şabran rayonunda sərnişin digər sərnişini talayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Şabran rayon sakini Zülfiyyə Qəmbərova Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək keçən gecə Çarxı kəndi ərazisində sərnişini olduğu avtomobildə digər sərnişinin ona məxsus 1517 manat pulu açıq talama yolu ilə götürüb və bir qədər getdikdən sonra onu avtomobildən düşürməsini bildirib.
Məlumatla əlaqədar Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa zamanda cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Rəhim-oba kənd sakini Cavid Seyidov olduğu müəyyən edilib. O saxlanılaraq RPŞ-yə gətirilib və bu əməli törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.