Gədəbəydə yol - nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istnadən xəbər verir ki, rayonun Əyləvəng kəndində hərəkətdə olan "UAZ markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Nəticədə 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır.