Xaçmazda yanğın olub. 

Unikal.org  FHN-in saytına istinadən xəbər verir ki, yanğın  rayonun, Qobuqıraq kəndində ümumi sahəsi 50 m2 olan ikimərtəbəli 2 otaqlı evdə baş verib. Nəticədə evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 18 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.