Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata, hadisə Gəndob-Yalama yolunun 25-ci km-də baş verib.

"Opel" markalı avtomaşınla "VAZ 2109" markalı maşın toqquşub. Qəza nəticəsində 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.