Gədəbəydə 9 yaşlı oğlan avtomobildə boğulub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Çobankənd kəndində kənd sakini İsaq Xəlilov idarə etdiyi "UAZ markalı avtomobillə Çobankənd çayını keçmək istəyərkən maşın batıb. Maşına su dolub, nəticədə İ. Əliyevin avtomobildə olan nəvəsi, 2009-cu il təvəllüdlü Əliyev Hüseyn Amil oğlu boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.