"Hesablama Palatası Milli Məclisə tabe qurum deyil, tam müstəqil qurum kimi Milli Məclisə hesabat verir.
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dünyanın yalnız iki ölkəsində Hesablama Palatası parlamentə, üç ölkəsində isə prezidentə tabedir: "Ümumiyyətlə isə Hesablama Palatası tam müstəqil qurumdur".