Bakıda Ayna Sultanova heykəli istiqamətindən "Gənclik" metrosuna doğru gedən yolda tıxac yaranıb.

Unikal.org-un məlumatına görə, sıxlıq körpüdə müşahidə olunur və artıq yarım saatdır ki, davam edir.

Tıxacda qalan sərnişinlər marşrut avtobuslarını tərk edərək piyada yollarına davam edirlər.

Yaranan tıxacın səbəbi bilinmir.