Naxçıvan Muxtar Respublikasında 3,4 bal gücündə zəlzələ baş verib.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən unikal.org-a verilən xəbərə görə, zəlzələ mayın 22-si, saat 06.32-də Naxçıvan şəhərində qeydə alınıb.
Yeraltı təkanın maqnitudası 3,4, dərinliyi 7 km olub.
Zəlzələ Naxçıvan şəhəri və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.