Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində inanılmaz anlar yaşanıb.
Unikal.org xəbər verir ki, teleaparıcı Amil Xəlil günlərlə küçədə qalan Əlinin anasını tapıb. Ana ilə balanın görüşündə isə inanılmaz anlar yaşanıb. Belə ki Əli "atalığım mənim bədənimə siqaretlə xəsarət yetirib" dedib. Daha sonra Əlinin bədəninə baxılıb və deyilənlərin həqiqət olduğu üzə çıxıb. Anası isə "tənbeh edirik" deyərək mövzudan yayınmağa başlayıb. Bu da azmış kimi daha bir fakt ortaya çıxıb. Sən demə ailə uşağı dizi üstə saxlayaraq işgəncə verməyi də unutmayıblar. Amil Xəlilin Zəhra xanıma "Sizin ikinci həyat yoldaşınız Əlini döyürmü?" sualına ana "Hə döyür" cavabını verib...
Daha sonra Amil Xəlil uşaq evlərini yıxıb-sürüyüb. " 5 gündür uşaq küçədə yatır. Xahiş etdim əksər uşaq evlərindən ki 2 günlük Əli qonaqları olsun. Ümid bildiklərimdən tutmuş, uşaq kəndlərinə kimi. Hər biri müxtəlif bəhanələr gətirərək Əlini qonaq saxlamadılar. Onsuzda anasını və yaxınlarını axtarırdıq. Nə olardı ki yardım etsəydiz..?"
Ürək dağlıyan görüntüləri sizə təqdim edirik