Qobustan rayonunda sərnişin avtobusu aşıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun "Cəngi" yaşayış massivində qeydə alınıb.
Belə ki, ŞəkidənBakıya gələn avtobus hərəkətdə olarkən arxa şini partlayıb və nəticədə yoldan çıxaraq aşıb. Qəza zamanı sərnişinlərdən Şəki rayonunun Baş Zəyzid kənd sakini Məryəm İsmayıl qızı Cəlalova ağır xəsarətlər alıb. Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.