Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları tərəfindən DİN əməkdaşları ilə birgə mayın 25-də keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İmişli rayonu ərazisində Cəbrayıl rayonunun məcburi köçkünlərinin məskunlaşdığı 6 nömrəli qəsəbədə İran İslam Respublikasından (İİR) Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş İİR vətəndaşı, 1987-ci il təvəllüdlü Əhmədli Vəhid Heydər oğlu saxlanılıb.
Mətbuat Mərkəzindən unikal.org-a verilən məlumata görə, sərhəd pozucusunun dindirilməsi nəticəsində onun Azərbaycan ərazisinə rəsmi yolla gəlmiş 5 nəfər Banqladeş vətəndaşına bələdçilik edərək İİR ərazisinə qanunsuz keçirmək niyyəti ilə dövlət sərhədini pozması müəyyən edilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Banqladeş vətəndaşları - 1993-cü il təvəllüdlü Mahammad Calal Uddin, 1994-cü il təvəllüdlü Axmed Malik Minbarali, 1995-ci il təvəllüdlü Minhaj Uddin Cabed, 1998-ci il təvəlÂlüdlü Abdul Kazim Tolukber, 1999-cu il təvəllüdlü Mahammad Ebad Mozumber şübhəli şəxs qismində saxlanılıbar.
Saxlanılmış əcnəbilər barəsində müvafiq əməliyyat-istintaq tədbirləri həyata keçirilir.