Kürdəmir rayonunda 59 yaşlı qadın döyülüb.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dəyirmanlı kəndində qeydə alınıb.
Belə ki, 1959-cu il təvəllüdlü Həbibə Canbala qızı Məmmədova naməlum şəraitdə döyülüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralının vəziyyəti kafi olaraq qiymətləndirilir.