Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Unikal.org-un məlumatına görə, təbrik mətnində deyilir:
"Zati-aliləri, əziz qardaşım.
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Pakistan ilə Azərbaycan arasında qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan sıx qardaşlıq əlaqələri mövcuddur. Əminəm ki, ölkələrimizin ikitərəfli münasibətləri xalqlarımızın ortaq maraqları naminə gələcək illərdə daha da güclənəcək.
Zati-aliləri, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bu gün tərəqqi və inkişaf yolunda inamla irəliləyir. Biz Pakistanda azərbaycanlı qardaşlarımızın bu bayram gününün sevincini bölüşürük.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".