Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Sabunçu rayonunda baş vermiş yanğın barədə növbəti məluat yayıb.

FHN-dən unikal.org-a verilən məlumatda bildirilir ki, Bakı şəhərinin Sabunçu rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindən 15-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli 21 p.m yanıb.

Hadisə zamanı 35 nəfər bina sakini təxliyə olunub.

Yanğın zamanı 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili təxirəsalınmaz tibbi yardım briqadasına təhvil verilib.

Vəziyyətləri normaldır.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

14:19

Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.

Bu barədə unikal.org-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində 4 nəfərə ilkin tibbi yardım göstərilib.

S. Əhmədova qeyd edib ki, 1 nəfər tüstüdən boğulub, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.

***

Bakıda çoxmərtəbəli binada yanğının qarşısı alınıb.

FHN-dən unikal.org-a verilən məlumata görə, Bakının Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.-‹



13:55

Bakı şəhəri, Sabunçu rayonu, Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerindədir.

Əlavə məlumat veriləcək.