Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşları 1 nəfər əcnəbi vətəndaş tərəfindən dövlət sərÂhəÂdiÂnin pozulmasının qarşısını alıb.
DSX-dan unikal.org-a bildirilib ki, hadisə Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının "Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində baş verib. CəÂliÂlabad rayonunun Dələli kəndi yaxınlığındakı sərhəd zastavasının xidÂməti sahəsində sərhəd naryadında olan sərhədçilər tərəfindən qaraltı müşahidə olunÂub. Sərhəd zastavasının şəxsi heyəti "Silaha koÂmanÂdasına qalÂdıÂrılıb, hadisə yerində nəzarət iz zolağında İran İslam RespubÂlikaÂsınÂdan Azərbaycan Respublikası istiqamətində 1 nəfər şəxÂsin ayaq izləri aşkar olunub.
Dərhal həyata keçirilmiş əməliyyat-qoşun tədÂbirÂləri nəticəsində dövlət sərhədini pozmuş şəxs Cəlilabad rayonunun Şükürlü kəndi ərazisində saxlanılıb. Sərhəd pozuÂcusunun Türkiyə vətəndaşı 1979-cu il təvəllüdlü Yeniyol Vedat Fərhad oğlu olması müəyyən edilib.
Saxlanılmış şəxs barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.