Hacıqabul rayonunda Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan 6-nın adı məlum olub.

Unikal.org "Report"a istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı, 1971-ci il təvəllüdlü Orbalişvili Petri Qadiroviçin idarə etdiyi sərnişin avtobusu idarəetmədən çıxaraq "KamAZ"la toqquşub.

Nəticədə sürücü Petri Orbalişvili və avtobusda olan sərnişinlər - 2000-ci il təvəllüdlü Qvanca Makhabelli, Anna Qavuaşvili, Tamar Okronidze, Georgi Okronidze və Mariam Datviaşvili müxtəlif dərəcəli xəsarətlər alıblar.