Prezident İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə Birləşmiş Krallığın milli bayramı - Təvəllüd Günü münasibətilg təbrik ünvanlayıb.
Unikal.org-un xəbərinə görə, təbrikdə deyilir: "Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.