"DÇ-2018 dünyanın əsas idman hadisəsidir".
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə deyib.
İlham Əliyev iyunun 12-də qeyd olunan Rusiya Günü və dünya çempionatına hazırlıqların uğurla tamamlanması münasibətilə Putini təbrik edib.
"Çempionatın uğurlu olacağına əminəm. Bütün qonaqlar razı qalacaqlar", - Azərbaycan Prezidenti qeyd edib.