Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri hərbi paradın məşqləri ilə bağlı uçuşları davam etdirir.

Unikal.org-un məlumatına görə, bu gün səhər saatlarında helikopter və təyyarələr Bakı buxtası üzərlərində növbəti uçuşlar həyata keçirib.

Parad Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Ordusunun 100 iliyi münasibətilə iyunun 26-da Bakının "Azadlıq" meydanında keçiriləcək.