Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçuları Yevlaxda 15 iyun - "Azərbaycan xalqının Milli Qurtuluş güÂnünün 25-ci ildönümünü ilə əlaqədar "Zəfərə doğru" adlı bayraq yürüşü keçiriblər.
Bu barədə Unikal.org-a DSX-nın mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, Xidmətin Yevlax rayonunda yerləşən hərbi hisÂsəsində DövÂlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən DSX-nın rəisi general-polkovnik Elçin Quliyev Azərbaycan xalqının "Milli Qurtuluş gününün 25-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edib.
E. Quliyev xalqın təÂkidi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin sarsılmaz iraÂdəsi, əzmi və zənÂgin dövÂlətçilik təcrübəsi sayəsində qısa zaman ərzində ölkədə sabitliyi bərpa etÂməsini, tənəzzülün qarşısını alaraq dövlətçiliyimizi qоruÂmasını, müstəÂqilÂliyiÂmizin əbədiliyini və dönməzliyini təmin еtməsini xatırÂlaÂdıb: "95 illik yubileyini qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin dövlət sərÂhədlərimizin qorunması, Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkiÂşafı istiÂqaməÂtindəki xidmətləri, böyük dövlət xadiminin müəyyənləşÂdirdiyi milli sərÂhəd strateÂgiyasının Azərbaycan Prezidenti, Silahlı QüvvəÂlərin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilÂməsi sayəÂsində ölkəmizin sərhəd mühafizəsi ən müasir tələblər səviyyəsinə qaldırılÂıb.
Təntənəli düzülüşdən sonra 2 km uzunluqda dövlət bayraÂğımız başda DSX-nin rəhbər heyəti, generallar və zabitlər olmaqla 2000 nəfərdən çox sərhədçinin çiyinləri üzərində hərbi hissəÂdən çıxarılaraq vətənpərvərlik mahnılarının sədaları və yerli sakinÂlərin izdihamlı alqışları altında zəfər yürüşü keçirilib.
Yürüş iştirakçılarının önündə gedən Qarabağ atları üzərində sərhədçi süvarilərin başları üzərinə ucaltÂdıqları dövlət bayÂrağının tədbirə cəlb olunÂmuş zirehli döyüş texÂniÂÂkaÂlarının üzərində də dalğalanÂması, bayrağımızdakı səkkiz guşəli ulduzu tərənÂnüm edən 8 helikopterin qrup halında uçuşları tədbiri daha da möhtəşəm edib.