Baş nazir Novruz Məmmədov müqəddəs Ramazan bayramı və Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Unikal.org xəbər verir ki, hökumət başçısı təbrikini sosial şəbəkə vasitəsilə yayıb.

"Hamını müqəddəs Ramazan bayramı və xalqımızın Milli Qurtuluş Gününün 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizin ailəsinə xoşbəxtlik, səadət, firavanlıq və ürəyinizdə tutduğunuz arzu və niyyətlərinizin həyata keçməsini diləyirəm", deyə təbrikdə vurğulanıb.