Ermənistan baş naziri Nikol Paşinyan və müdafiə naziri Davit Tonoyan səhər saatlarında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib.

Unikal.org news.am-a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeğoyan təsdiq edib.

Məlumata görə, Qarabağa bir günlük gələn Paşinyan, ilk növbədə Xocavənd rayonunun Çartar kəndində yeni tikilən kilsəni ziyarət edib.

Gündəmdəki məlumatların daha sonra yayılacağı bildirilir.