Cəlilabadda yol qəzası baş verib. 

Unikal.org  APA-ya istinadən xəbər verir ki, rayon ərazisində "VAZ 21011" markalı avtomobilin idarəetmədən çıxaraq ağaca çırpılması nəticəsində iki nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi xəstəxanasına aparılıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.