Bakıda "Milyonerlər məhəlləsi kimi tanınan ərazidə yanğın başlayıb.
Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hazırda Teymur Əliyev küçəsində yerləşən villaların biri yanır.
Şahidlərin verdiyi məlumata görə, yanan mülk sabiq nəqliyyat naziri Ziya Məmmədova məxsusdur.
Hazırda hadisə yerinə 4 yanğınsöndürən maşın cəlb olunub.