Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qaÂnunÂsuz miqrasiyaya qarşı keçirilən tədÂbirÂlər zaÂmaÂnı 4-ü Türkiyə, 1-i İran, 1-i Banqladeş və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə keçirilmiş tədbir nəticəsində 7-si Nepal vətəndaşı olmaqla ümuÂmiÂlikÂdə 13 əcnəbi aşkar edilib.
Bu barədə unikal.org-a DMX-nin mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qayÂdaÂlarını pozÂduqları məlum olub.
Saxlanılmış Banqladeş vətəndaşı Saiful MD Islamın Azərbaycan ərazisindən istifadə etməklə İrana və oradan da Türkiyəyə keçiriləcəyi vədi ilə ölkəyə gətirildiyi və qanunsuz miqranta çevrilÂməsiÂnə şəÂrait yaradıldığı müəyyən edilib. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
Eyni zamanda saxlanılmış Türkiyə vətəndaşlarından Sokmen Sabrinin "İnterpol" xətti ilə axtarışda olduğu müəyyən edilərək müvafiq orqanlara məlumat verilib.
Miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə saxlanılan əcnəbilər müvafiq qaydada məsuliyyətə cəlb olunub və barələrində qərarlar qəbul edilib.
DMX qanunsuz miqrasiyaya qarşı müÂbaÂriÂzə çərÂçiÂvəÂÂsində tədbirləri daÂvam etdirir.