Ələt qəsəbəsində batan 20 yaşlı gəncin meyiti tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə "Report"a mərhumun yaxınları məlumat verib.
Belə ki, iyul ayının 1-də Ələt qəsəbəsinin Pirsaat adlanan ərazisində qəsəbə sakini 1998-ci il təvəllüdlü Rəhimov Nadir İlqar oğlu dənizdə çimən zaman köməksiz vəziyyətdə qalaraq boğulub. Gecə saatlarında N.Rəhimovun meyiti dənizdən tapılıb.
Mərhumun meyiti bu gün torpağa tapşırılıb.