Ölkədə elektrik enerjisinin verilməsində yaranmış problemlə əlaqədar olaraq Bakı Metropoliteninin xətdə olan qatarlarının bir müddət tuneldə qalması ilə əlaqədar olaraq 1 nəfər 1 saylı Şəhər Xəstəxanasına yerləşdirilib.
Unikal.org xəbər verir ki, bu barədə lent.az-a adıçəkilən səhiyyə ocağından məlumat verilib. Verilən məlumata görə, hazırda xəstəxanaya yerləşdirilən 32 yaşlı Şahin Məmmədovun vəziyyəti qənaətbəxşdir. O, ilkin tibbi yardımdan sonra halsız vəziyyətdə 1 saylı şəhər xəstəxanasına gətirilib.
Növbətçi həkimin sözlərinə görə, hazırda onun müalicəsi davam etdirilir.