Xəbər verdiyimiz kimi, Gəncənin icra başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb. Yayılan məlumatlarda icra başçısının əvvəl öldüyü bildirilsə də, sonradan yaralandığı vurğulanıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov Unikal.org-a Elmar Vəliyevin vəziyyətinin ağır olmadığını deyib.
Mətbuat katibi qeyd edib ki, hazırda Elmar Vəliyevə lazımi yardım göstərilir, həyatı üçün ciddi təhlükə yoxdur.