Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev silahlı hücuma məruz qalıb.
E.Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Unikal.org-a məlum olub ki, silahdan açılan atəş nəticəsində Elmar Vəliyev qarın boşluğundan və baş nahiyəsindən güllə yarası alıb.
Onun hazırda huşunu itirdiyi və əməliyyat olunduğu deyilir.