Bakıda sərxoş kişi özünü dənizə atıb. 

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Bulvar ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Rövşən Abbasov sərxoş vəziyyətdə özünü dənizə atıb.

Hadisə yerində olan polis əməkdaşlarının köməkliyi ilə o, sudan çıxarılıb.