Əfqanıstanın şimal-şərqində Baqlan əyalətində baş verən partlayış nəticəsində ən azı doqquz nəfər ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki,avtomobil yolunun kənarında partlayıcı qurğunun işə düşməsi nəticəsində daha üç nəfər xəsarət alıb.
Polisinin məlumatına əsasən, ölənlərin hamısı dinc sakinlər olub.
Hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib.