"Xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmissiyası ilə bağlı 640 şəxs barəsində 322 sorğu daxil olub. Azərbaycan Respublikasının 206 vətəndaşının readmissiyası həyata keçirilib.
Unikal.org-un xəbərinə görə, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) 6 aylıq fəaliyyətinə həsr olunmuş mətbuat konfransında Xidmət rəisi Vüsal Hüseynov deyib.
O bildirib ki, bu ilin 6 ayı ərzində 1 324 075 halda 827 352 əcnəbinin və vətəndaşlığı olmayan şəxsin ölkəyə daxil olduğu qeydə alınıb: "Bu da ölkəyə gələn əcnəbilərin sayında 10 faizdən çox artım olduğunu göstərir.
DMX rəisinin sözlərinə görə, hesabat dövründə 347 767 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb: "Daimi yaşamaq üçün icazə verilmiş əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayında da 25 faiz artım qeydə alınıb və bu rəqəm 1859 olub.