Bakıda yol hərəkətinin təşkilinin yenidən qurulması nəzərdə tutulub.

Unikal.org xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli İTV-yə açıqlamasında bildirib.

O, parklama siyasətinə yenidən baxılacağını deyərək paytaxtın 11 arteryal küçəsində parklanmanın yenidən təşkil ediləcəyini qeyd edib.

Bundan başqa, V.Kərimovun sözlərinə görə, bu ilin sentyabr qədər Bakıda yolların kəsişdiyi 74 məntəqədə həm yol nişanlarının, həm də işıqforların fazalarının dəyişdirilməsi - "deadlock"ların tətbiqi planlaşdırılır.