Azərbaycan prezidenti İlham Əliyev icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə, Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı nüfuzlu beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 1,3 milyon manat ayrılıb.