İmişli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən azad edilib.
Unikal.org-un report-a istinadən məlumatına görə, xəstəxananın baş həkimi Paşayev Cəsur Əşrəf oğlu müvafiq əmrlə işdən çıxarılıb. Digər müvafiq əmrlə bu vəzifəyə Qasımov Eynulla təyin olunub.
C.Paşayev bu vəzifəyə 2012-ci ildə təyinat alıb.
Qeyd edək ki, E.Qasımov İmişli rayonunda anadan olub. Bu vəzifəyə qədər rayon xəstəxanasında cərrah kimi çalışıb. Tibb elmləri namizəddidir.