Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun sakinlərlə növbəti səyyar qəbul-görüşü keçirilib.
Unikal.org xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Səyyar qəbulların ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütəmadi keçirildiyini söyləyən icra başçısı bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd əhalinin problemlərinin yerində öyrənilməsi və qaldırılan məsələlərin operativ həll edilməsidir.
Daha sonra sakinlər tərəfindən eyvanların təmiri, məhəllələrin asfaltlanması və uşaq-əyləncə qurğularının quraşdırılması, binalara istiliyin verilməsi, işlə təmin olunma və digər qaldırılan məsələlərlə bağlı müzakirələr aparılıb, əlaqədar qurum və təşkilat rəhbərlərinə məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilərək onların həlli nəzarətə götürülüb.