Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanun paytaxtı Tbilisidə səfərdədir.
Unikal.org xəbər verir ki, səfər çərçivəsində komitə sədri qonşu ölkənin Dövlət Əmlakı üzrə Milli Agentliyində Almaniyanın özəlləşdirmə üzrə dövlət qurumunun nümayəndələrinin iştirakı ilə üçtərəfli əməkdaşlıq görüşündə iştirak edəcəkdir.
Görüşdə dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi sahəsində üç ölkə arasında təcrübə mübadiləsi aparılmaqla, üçtərəfli əməkdaşlıq münasibətlərinin gələcək inkişafı ilə bağlı müzakirələr aparılacaq.