Naməlum şəxs küçənin ortasında atəş açmağa başlayıb. 

Hadis  Kanadada ən böyük şəhər olan Torontonun şərq hissəsində baş verib. Cinayətkarın insanlara atəş açması nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yaralılar arasında 9 yaşlı uşaq da var. Şahidlərin sözlərinə görə, çox sayda atəş səsləri eşidilib.

CTV telekanalı bildirib ki, polis cinayətkarı güllələyib. Hazırda onun kimliyi gizli saxlanılır.