Belçika parlamenti yeni qərar qəbul edib. Yeni qərara əsasən cinsi əlaqə yaşı 16-dan 14-ə endirilib.

Unikal.org xarici mətbuta istinadən xəbər verir ki, dəyişikliy məqsədi belə açıqlanıb. Bildirilir ki, məqsəd gəncləri incitmədən qanun layihəsini günün tələblərinə uyğunlaşdırmaqdır.

Belçikada 1900-cü illərin əvvəllərində qəbul olunan qanun layişəsində cinsi əlaqə yaşı 16 göstərilmişdi. Amma hazırda bu həddin reallığı əks etdirmədiyi qey edilib. Bu səbəbdən minimum hədd 2 il də endirilərək 14 yaş edilib.

Təbii ki, qanun layihəsinə yaş həddi ilə bağlı bəzi qoruyucu maddələr əlavə olunub.

Yeni qanuna görə, 14 yaşlı birinin cinsi əlaqəyə girdiyi insan özündəm ən çox 5 yaş böyük olmamalıdır. Əks halda təcavüz kimi qiymətləndirilib, həbs cəzası tətbiq ediləcək. 

Qanunda dəyişiklikliklər Flaman cinsi sağlamlıq mərkəzi olan "Sensoanun təklifi ilə edilib. "Sensoanun rəsmisi Erika Frans Flaman televiziyasına (VRT) açıqlamasında 16 yaş həddinin reallıqları əks etdirmədiyini bildirib:

"15 yaşlı bir gənc özündən 5 yaş böyük biri ilə cinsi əlaqəyə girə bilər. Bu bir həqiqətdir.

Hətta yeni qanuna görə, təcavüzə görə verilən cəzalar daha da sərtləşdirilib.