Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun evində ölüm hadisəsi baş verib.
 
Bu gün səhər saatlarında icra başçısının Kürdəmir şəhərində yerləşən evinin həyətində 60-65 yaşlı kişinin meyiti tapılıb. Məlum olub ki, ölən şəxs həmin həyətdə bağban işləyən Əlismayıl Sadıqovdur.
 
Ə.Sadıqovun ürək tutmasından öldüyü bildirilir.
 
Faktla bağlı araşdırma aparılır.(Lent.az)