Sumqayıtda əri tərəfindən döyülən 30 yaşlı qadın xəstəxanaya yerləşdirilib.

Unikal.org-un report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 18-ci mk ərazisində baş verib.
Belə ki, Sumqayıt şəhər Corat qəsəbə sakini 1988-ci il təvəllüdlü Rüstəmova Pərvanə Rasim qızı əri tərəfindən döyülüb. O aldığı ağır xəsarətlərlə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Hadisənin ailə münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.