Türkiyənin Konya şəhərində polis tərəfindən saxlanılan dilənçinin üzərindən dəyəri 291 lira olan tarixi qəpik pullar aşkarlanıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan 31 yaşlı H.M adlı dilənçinin üzərindən köhnə pullarla yanaşı, 9 şəhərə getmək üçün aldığı biletdə çıxıb.

Bununla belə, H.M-nin üzərindən yaxın zamanlarda Eskişehir və Ankaraya dilənməyə getmək üçün aldığı biletdə tapılıb.

Polis dilənçinin sözügedən pulları hansı məqsədlər üçün topladığını araşdırır.