Ukraynada əslən Azərbaycanın Lənkəran şəhərindən olan 1966-cı il təvəllüdlü Salayev Xanbaba Baloğlan oğlu naməlum şəxslərin hücumuna məruz qalıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Xarkov vilayətinin Kiyevski rayonunda baş verib.X. Salayevə ağır bədən xəsarətləri yetirilib.Kiçik sahibkarlıqla məşğul olan azərbaycanlıya hücum edənlərin kimliyi məlum deyil. X. Salayevin vəziyyəti ağırdır, o rayondakı xəstəxanaların birinə yerləşdirilib.