Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 4000 manat dəyərində qızıl əşyaları oğurlanması barədə 2-ci polis şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vüsal Sultanov saxlanılıb, daha 2 nəfər isə müəyyən edilib.