İstanbulda Bölgə jandarma Komandirliyi əməkdaşları 12 ünvanda əməliyyat təşkil edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, eyni vaxtda gerçəkləşən əməliyyatlarda 10 nəfər saxlanılıb. Onların silahları uşaq paltarları mağazalarında satdığı məlum olub. Əməliyyatda çox sayda silah ələ keçirilib.

Silahların 0-12 yaş arası uşaq geyim əşyaları satan mağazalarda satışa çıxarılmasının səbəbi diqqət çəkmmək olub.