Gürcüstanda narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən iki İran vətəndaşı saxlanılıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki,  Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) məlumatına istinadla xəbər verir ki, İran vətəndaşları Azərbaycana keçməyə cəhd ediblər.Onlar Gürcüstan-Azərbaycan sərhədində yerləşən "Sınıq körpü sərhəd-keçid məntəqəsi yaxınlığında yaxalanıblar. İran vətəndaşlarının üzərində 13 bağlamada 700 qram heroin aşkar olunub. Onları 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. 
 
Qeyd edək ki, Gürcüstanda bu ilin ilk yeddi ayı ərzində ümumilikdə 98 narkotik alverçisi saxlanılıb, 15 kiloqram heroin, 7191 ədəd psixotrop həb, 1 kiloqram 400 qram kokain və digər narkotik vasitələr müsadirə olunub.