Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika səfəri zamanı bir müddət əvvəl həbs edilən Adnan Oktar haqqında danışıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Adnan Oktarın adını çəkmədən onu "Son zamanlar gündəmə gələn şəxs kimi təqdim edib. O Oktarı əxlaqsız adlandırıb: 

"Cənubi Afrika FETÖ-nün ən çox toplaşdığı yerlərdən biridir. Yohannesburqda "külliyyə" dedikləri yeri inşa etdirən, İstanbulda Üsküdar Burhaniyədə yaşadığım dövrdə qonşum idi. Amma şəxsən tanımıram. Son zamanlarda gündəmdən düşməyən o adam kimi biridir.  Ədəbi yerində deyil"

Sizin ona verdiyiniz uşaqları o, öz istədikləri kimi yetişdirir. Daha sonra da sistemin içinə daxil edərək, əməliyyatlar keçirirlər. .