Qazaxıstanın qərbində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər ölüb

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qərbi Qazaxıstanın Səhiyyə şöbəsinin Mətbuat xidmətinin rəhbəri Ainagul Sakpusunov məlumat verib.
Onun sözlərinə görə, yol qəzasının bütün iştirakçıları hadisə yerindəcə dünyasını dəyişiblər.