Çinin şərqindəki Çjetszyan əyalətində avtomobil yüksək sürətlə piyadaların üzərinə hərəkət edib.

Unikal.org-un məlumatına görə, hadisə nəticəsində 2 nəfər həlak olub.

Daha 13 nəfər ciddi xəsarətlər alıb.

Polisin məlumatına əsasən, hadisə sürücünün avtomobilin idarəetməsini itirməsi nəticəsində baş verib.

Sürücü saxlanılıb, hadisə ilə bağlı araşdırma aparılır.